Sarri İtaliya nəhəngini çalışdıra bilər
“Milan”ın baş məşqçisi Serjio Konseysaonu istefaya göndərilə bilər.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, “rossonyerlər” Mauritsio Sarri ilə danışıqlar aparırlar.
İtaliyalı mütəxəssis yeni mövsümdə “Milan”ı çalışdıra bilər.
Komandanın Çempionlar Liqasında mübarizəni dayandırması klub rəhbərliyini narahat edib.
Qeyd edək ki, "Milan” hazırda İtaliya çempionatında 7-ci yerdədir.