Saşa Stamenkoviç Qazaxıstan klubunda

"Neftçi"nin sabiq qapıçısı Saşa Stamenkoviçin yeni klubu müəyyənləşib. SportLine.az xəbər verir ki, serbiyalı futbolçu bundan sonra Qazaxıstanın "Okjetpes" klubunun şərəfini qoruyacaq. 31 yaşlı qolkiperlə mövsümün sonunadək razılığa gəlinib. 

Qeyd edək ki, Stamenkoviç 2011-2015-ci illərdə "Neftçi"nin şərəfini qoruyub.