Saul daha 9 il "Atletiko"da

Madrid "Atletiko"su Saul Niqeslə münasibətləri təzələyib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu qarşıdakı 9 ildə də paytaxt klubunun uğurları üçün çalışacaq.

"Atletiko”nun yetirməsi olan futbolçu 2012-ci ildən əsas komandanın üzvüdür. 

Qeyd edək ki, Saul Niqes 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında 5 qolla bombardir olub.