Saul Niquezin yeni klubu bəlli olub

"Atletiko Madrid"dən azad agent kimi ayrılan ispaniyalı yarımmüdafiəçi Saul Niquez karyerasını Brazilyada davam etdirəcək.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Flamenqo" Saulu heyətinə qatıb.

30 yaşlı futbolçu yeni klubu 3.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Saulun "Trabzonspor"a keçidi baş tutmayıb. Oyunçu ailəvi səbəblərdən dolayı Türkiyəyə getməyib.