"Səbail" də testin nəticələrini açıqladı

"Səbail" PFK-nın tam heyəti COVİD-19 testindən keçib.

Sportline.az klubun mətbuatı xidmətinə istinadən xəbər verir ki, testlərin bütün nəticəsi neqativ çıxıb və heç kəsdə koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, bundan əvvəl "Qarabağ", "Neftçi", "Zirə" və "Sabah" koronavirus testindən keçib.