"Səbail" - "Paxtakor"
Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" növbəti yoxlama matçında qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, Premyer Liqanın debütantı "Paxtakor"la qarşılaşıb.
Qarşılaşma Özbəkistan klubunun qələbəsi ilə yekunlaşıb - 4:1.
Qeyd edək ki, ilk hazırlıq oyununda Omanın U-23 komandası ilə qarşılaşmada qolsuz bərabərliyə razılaşmış Samir Əliyevin komandası üçün bu, ikinci sınaq idi.