"Səbail" - "Qəbələ" oyununun hakimi dəyişdirildi

Azərbaycan Premyer Liqasının V turunun “Səbail” – “Qəbələ” görüşünün təyinatlarında dəyişiklik edilib. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, qarşılaşmada 4-cü hakim funksiyasını Ziya Nəsirov yerinə yetirəcək.

O, Fariz Yusifovu əvəzləyib.

Qeyd edək ki, sabah baş tutacaq matçın baş hakimi Rauf Cabbarov olacaq. Ona Mübariz Haşımov və Knyaz Əmiraslanov köməklik edəcəklər.