"Səbail" Rauf Əliyevlə bağlı qərar verdi
"Səbail" daha bir futbolçusu ilə müqaviləni uzadıb.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rauf Əliyev 2021/2022 mövsümündə də bu komandada çıxış edəcək.
32 yaşlı hücumçu "Səbail"ə 2020-ci ilin yanvarında keçib.
Qeyd edək ki, "Səbail" daha əvvəl Əfran İsmayilovla da bir illik yeni müqavilə imzalayıb.