"Səbail" son oyununda qalib gəldi

Azərbaycan I divizionunda çıxış edən "Səbail" ötən gün Antalyada sonuncu yoldaşlıq görüşünü keçirib. 

SportLine.az-ın məlumatına görə, rəqib Macarıstanın aşağı dəstə təmsilçisi "Szeged" klubu olub.
Görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib. “Səbail”in qollarını Ramazan Abbasov və Orxan Səfiyaroğlu vurub.

Qeyd edək ki, "Səbail" yanvarın 28-i Antalya toplanışını yekunlaşdıracaq və həmin gün günorta saatlarında vətənə dönəcək.

Banner