“Səbail” yeni transferi ilə yollarını ayırdı

Premyer Liqamızın debütantı “Səbail” futbolçusu Emin Cəfərquliyevlə yolları ayırıb.

SportLine.az xəbər verir ki, bu barədə klubun rəsmi Feysbuk səhifəsi xəbər yayıb.

27 yaşlı müdafiəçi şəxsi işləri ilə əlaqədar klubdan ayrılmaq istədiyi barədə rəhbərliyə müraciət edib. Futbolçunun müraciəti müsbət qarşılanıb və onun müqaviləsinə xitam verilib. 

Qeyd edək ki, E.Cəfərquliyev “Səbail”in yeni transferlərindən idi.