"Səbail"də yeni müqavilə

“Səbail” müdafiəçi Adil Nağıyev ilə müqavilənin müddətini artırıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, 26 yaşlı futbolçu daha 1 il “dənizçilər”in formasını geyinəcək. 

Adil Nağıyev 2019-cu ilin avqustundan “Səbail”də çıxış edir.

Qeyd edək ki, "Səbail" bundan əvvəl Əfran İsmayılov və Rauf Əliyevlə də müqaviləni uzadıb.