"Səbail"in futbolçusu əməliyyat olundu
"Qəbələ" ilə oyununda (2:1) dizindən zədələnən "Səbail"in qapıçısı Oleksandr Rıbka Türkiyə paytaxtı Ankarada əməliyyat olunub.
Sportline.az xəbər verir ki, ukraynalı futbolçu bu haqda, sosial şəbəkədə məlumat yayıb.
Uğurlu əməliyyatdan sonra evə buraxıldığını bildirən Rıbka, hamıya təşəkkür edib
.
