“Səbail”in futbolçusu milliyə dəvət olundu
“Səbail”in üzvü Gürcüstan yığmasına dəvət olunub.
SportLine.az-ın klubun Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, gürcüstanlı legioner Tamazi Tsetsxladze ölkəsinin 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıb.
Yığmanın baş məşqçisi Giorgi Geguçadzenin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Polşa ilə keçiriləcək oyun üçün açıqladığı heyətdə “Səbail”in gənc müdafiəçisinin də adı var.
Xatırladaq ki, Gürcüstan - Polşa matçı sentyabrın 1-də Qori şəhərində Tengiz Burjanadze adına stadionda keçiriləcək