"Səbail"in futbolçusunun yeni klubu bilindi
"Səbail"lə yolları ayrılan cənubi afrikalı futbolçu Hendrik Ekşteynin yeni klubu müəyyənləşib.
Sportline.az-a daxil olan məlumata görə, 30 yaşlı yarımmüdafiəçi ölkəsindəki "Orlando Pirates" klubu ilə anlaşıb.
Qeyd edək ki, "Sabah"ın da şərəfini qorumuş Ekşteyn ötən ilin yanvarından "Səbail"in heyətində idi.