"Səbail"in hazırlıq planı bəlli oldu

Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən "Səbail" klubunun qış hazırlıq planı müəyyənləşib. Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, komanda iki hissədən ibarət hazırlıq keçəcək.

Toplanışın ilk hissəsini yanvarın 5-dən "Bayıl Arena"da keçirəcək komanda yanvarın 14-də Türkiyənin Antalya bölgəsinə yollanacaq.

Burada iki həftəlik toplanış keçəcək "Səbail"in Antalyadakı sınaqçı rəqiblərinin adı hələlik müəyyənləşməyib. Komanda Belek qəsəbəsində qalacaq.

Banner