"Səbail"in ilk transferi
Azərbaycan I Divizionunda II dövrəyə hazırlıqları davam etdirən "Səbail" klubu ilk futbolçu transferini gerçəkləşdirib.
SportLine.az xəbər verir ki, paytaxt təmsilçisi Aslan Hüseynovu heyətinə qatıb.
İyirmi iki yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Son klubu "Rəvan" olan A.Hüseynov bir müddət "Neftçala"nın da formasını geyinib. O, dəfələrlə Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində çıxış edib.