Səbinə Əzimova 8-ci oldu

Ficinin paytaxtı Suvada gənclər arasında ağır atletika üzrə dünya çempionatı davam edir. 

Sportline.az xəbər verir ki, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak etdiyi yarışda Azərbaycan seçmə komandasının üzvləri də körpücük üzərinə çıxırlar.

Onlardan ilk olaraq Səbinə Əzimova yarışa qatılıb. O, 55 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz toplam 177 kq (78+99) nəticə ilə 8-ci yeri tutub.