Seçmə komandamız Serbiya, İrlandiya və Kiprlə qarşılaşacaq

2018-ci ildə Finlandiyada keçiriləcək 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. SportLine.az xəbər verir ki, Azərbaycan millisi 7-ci qrupda yer alıb. Yığmamız Serbiya, İrlandiya və Kiprlə mübarizə aparacaq.

Bu mərhələnin qarşılaşmaları 2017-ci ilin payızında keçiriləcək. Noyabrın 19-dək yekunlaşmalı olan mərhələdə hər qrupda ilk iki yeri tutanlar elit-raunda vəsiqə əldə edəcək.

Qeyd edək ki, final mərhələsinin meydan sahibi Finlandiya və yarışa elit-raunddan başlayacaq İspaniya ilə Portuqaliya seçmə mərhələdən azaddır.

Banner