Seçmə komandamızın rəqibləri müəyyənləşdi

Mayın 25-dən iyunun 5-dək Sloveniyada təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsinin rəqibləri müəyyənləşib. SportLine.az AFFA-ya istinadən xəbər verir ki, U-21 komandamız hazırlıq prosesi dövründə 3 yoldaşlıq oyunu keçirəcək.

Yaşar Vahabzadə mayın 28-də və 31-də Sloveniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşmada yetirmələrini sınayacaq. Sloveniyada sonuncu oyununu iyunun 3-də keçirəcək U-21 yığmamız Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşacaq.

Hər 3 oyun Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

Banner