"Selta Viqo" "Lill"i qəbul edəcək
UEFA Avropa Liqasının Liqa mərhələsinin 7-ci turuna start verilir.
Sportline.az xəbər verir ki, "Selta Viqo" öz meydanında "Lill"lə qarşılaşacaq.
İspaniya təmsilçisində yeganə itki Moribanın adı ilə bağlıdır. 23 yaşlı futbolçu cəzalıdır.
Bruno Genesionun komandasında isə itkilərin sayı çoxdur. Hamza İqamane, Usman Ture, Andre Qomeş, Banjamin Andre zədə, Ayyub Bouaddi isə cəza səbəbindən iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Selta Viqo" - "Lill" matçı bu gün Bakı vaxtı ilə saat 12-də başlayacaq. Görüşdə söz sahibi almaniyalı hakim Harm Osmers olacaq.