Semenyonun transfer qiyməti bilinib

"Bormunt" qanalı futbolçusu Antonio Semenyo üçün 75 milyon avro tələb edir.

Sportline.az "Mail Sport" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" sözü gedən oyunçu ilə yaxından maraqlanır.

A.Semenyo bu mövsüm meydana çıxdığı 9 matçda 6 qol, 3 asistlə yadda qalıb.

Qeyd edək ki, 25 yaşlı sağ cinah vingerinin "Bormunt"la sözləşməsi 2030-cu ilin yayına qədərdir.