Semenyo üçün yarışa giriblər
Antonio Semenyo karyerasında yeni səhifə aça bilər.
Sportline.az xəbər verir ki, “Bornmut”un hücumçusu Antuan Semenyonun transferi uğrunda Premyer Liqanın iki nəhəngi — “Mançester Yunayted” və “Mançester Siti” ciddi mübarizəyə qoşulub.
Mövcud vəziyyətdə bu iki klub futbolçu ilə yaxından maraqlanan “Tottenhem”in əsas rəqibləri hesab olunur.
"Sky Sports"un məlumatına görə, “Mançester Siti”nin hazırda yarışda önə çıxdığını bildirir.