“Səni və arvadını yatanda öldürəcəyəm”
UFC-nin iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor sabiq rəqibi Dastin Porye və həyat yoldaşını ölümlə hədələyib.
Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, irlandiyalı idmançı UFC-264-dəki döyüşdən sonra Poryenin ünvanına hədələr yağdırıb.
Görüşün sonunda Makqreqorun ayağı sınıb və bu, onun mübarizəni dayandırmasına səbəb olub. Dəhşətli zədəyə baxmayaraq, idmançı sakitləşməyib. O, döyüş yerindən qışqıraraq deyib: “Səni və arvadını yatanda öldürəcəyəm. Hələ heç nə bitməyib. Ehtiyatlı ol, dostum”.
Porye isə Makqreqorun bu hərəkətini yolverilməz adlandırıb.