Serbiyalı futbolçu millədəki karyerasını bitirib

"Fənərbağça"nın futbolçusu Duşan Tadiç Serbiya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

Sportline.az xəbər verir ki, bu barədə Tutto Mercato nəşri məlumat yayıb.

2008-ci ildən millinin şərəfini qoruyan 35 yaşlı yarımmüdafiəçi ölkəsi ilə çıxdığı 111 oyunda 23 qola imza atıb.

Futbolçu son olaraq Serbiya millisi ilə Avro 2024-də çıxış edib.Komanda İngiltərə, Sloveniya və Danimarkanın olduğu qrupu 2 xalla sonuncu pillədə tamamlayıb və turnirlə vidalaşıb.

Qeyd edək ki, Duşan Tadiçin "Fənərbağça" ilə 2025-ci ilə qədər müqaviləsi var.