Sərdar Dursundan nümunəvi hərəkət
"Antalyaspor" - "Fənərbağça" matçından sonra qonaqların futbolçusu Sərdar Dursun balaca azarkeşin onu formanı imzalamağı unutmuşdu.
Sportline.az xəbər verir ki, Türkiyə millisinin hücumçusu istəmədən etdiyi "günah"ını yumaq qərarına gəlib.
Belə ki, Sərdar həmin azarkeşlə əlaqə saxlayaraq onunla görüşüb və formasını imzalayıb.
Balaca azarkeşin atası isə "Twitter"də futbolçuya təşəkkür edib.