Serena Uilyams son 10 ilin ən yaxşısı oldu

"Sky Sport" nəşri son 10 ilin ən yaxşı idmançılarının siyahısını dərc edib.

Sportline.az xəbər verir ki, siyahının ilk pilləsində amerikalı tennişçi Serena Uilyams qərarlaşıb. Luis Hamilton (Formula1) 2-ci olub. Futbolçular Kriştiano Ronaldo və Lionel Messi 3-4-cü pillələri bölüşdürüb. Boksçu Floyd Meyvezer 5-ci pillədə qərarlaşıb.