Serxio Ramos: “Messi futbol tarixinin yetişdirdiyi ən böyük oyunçudur”
İspaniyalı ulduz müdafiəçi, ”Real Madrid”in əfsanəsi Serxio Ramos əzəli rəqibi Lionel Messi haqqında böyük hörmət ifadə edən açıqlama verib.
Sportline.az saytı “Marca” nəşrinə istinadən xəbər verir ki, Ramos Messini futbol tarixinin yetişdirdiyi ən böyük futbolçu adlandırıb.
Serxio Ramos bildirib: “Messi futbol tarixinin yetişdirdiyi ən yaxşı oyunçudur. Futbol onun qarşısında hələ bir Dünya kuboku da borcludur.”
Bu sözlər Ramosun Messi haqqında yüksək fikirdə olduğunu bir daha nümayiş etdirib. İki futbolçu uzun illər İspaniya çempionatında prinsipial rəqib olsalar da, sonradan eyni komandada çıxış edərək qarşılıqlı hörmət münasibətlərini dəfələrlə nümayiş etdiriblər.