Serxio Ramos "Sevilya"nı satın almaq istəyir
Sabiq “Real Madrid” və İspaniya millisinin müdafiəçisi Serxio Ramos “Sevilya” klubunda pay sahibi olmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, klubun uzun müddətdir müzakirə olunan satışı hazırda qeyri-müəyyən vəziyyətdədir.
Ramos Meksikadan qayıtdıqdan sonra ilkin əlaqələr quraraq klubun sahibi strukturuna daxil olmaq imkanını araşdırıb. Rəsmi razılaşma olmasa da, onun marağı ciddi sayılır.