Serxio Ramosun yeni klubu bilindi

"Real Madrid"dən ayrılan Serxio Ramos karyerasını PSJ-də davam etdirəcək.

Sportline.az Fransa mətbuatına istinadən xəbər verir ki, tərəflər artıq müqavilə şərtlərini razılaşdırıblar.

Daha əvvəl 35 yaşlı müdafiəçinin Paris təmsilçisi ilə 2023-cü ilin yayınadək sözləşmə imzalayacağı bildirilib.

Qeyd edək ki, Sexio Ramos geridə qalan mövsümdə "kral klubu"nun heyətində 21 oyun keçirib və 4 qol vurub.