Səudiyyə Ərəbistanında qadınlar da futbola baxa biləcəklər

Səudiyyə Ərəbistanı hökuməti qadınların futbola baxması ilə bağlı qadağanı aradan qaldırıb. 

SportLine.az “Arabian Business” saytına istinadən xəbər verir ki, bu həftədən etibarən ərəb qadınlar da stadiona gedə biləcəklər. Xanımların Premyer Liqanın XVII turu çərçivəsində 12 – 13 yanvarda keçiriləcək "Əl-Əhli" - "Əl-Batin" və "Əl-Hilal" - "Əl-İttihad", eləcə də ayın 18-də XVIII tur çərçivəsində keçiriləcək "Əl-İttifaq" - "Əl-Fayzali Harma" oyunlarına baxmalarına icazə veriləcək. Bu oyunların keçiriləcəyi stadionlarda qadınlar üçün xüsusi sektorlar ayrılacaq.

Qeyd edək ki, qadınların futbol matçlarına getmələrinə qoyulan qadağa ötən il oktyabrın 29-da qaldırılıb. Yeni qərar yanvarın 12-dən qüvvəyə minəcək.