"Sevilya" En-Nesirinin yerini bu futbolçu ilə doldurdu
Yusuf En-Nesirini "Fənərbağça"ya göndərən "Sevilya" heyətini yeni hücumçu ilə gücləndirib.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Əndəlüs təmsilçisi "Lester Siti" ilə müqaviləsi başa çatan Keleçi İhenaçonu transfer etdiyini açıqlayıb.
Nigeriyalı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
İhenaço ötən mövsüm Çempionşipdə 26 oyunda 6 qol vurub, 3 asist edib.