"Sevilya" futbolçuları qızlara görə üzr istədilər

Koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejiminə baxmayaraq, qızlarla parti təşkil edən “Sevilya”nın futbolçuları üzrxahlıq ediblər.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, sözügedən dörd futbolçu – Lukas Okampos, Franko Vaskes, Luuk de Yonq və Ever Baneqa əməllərindən peşman olduqlarını və buna görə üzr istədiklərini bildiriblər. Futbolçular sosial şəbəkə hesablarında paylaşdıqları əyləncədən görüntüləri də siliblər.

Qeyd edək ki, İspaniyada 280 min insan koronavirusa yoluxub və onların 28 mini ölüb.