"Sevilya" "Trabzonspor"a elçi düşüb
"Trabzonspor"un fransalı futbolçusu Batista Mendi bu yay komandasını dəyişə bilər.
Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, "Sevilya" 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Mendi klubdan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.
Qeyd edək ki, Türkiyə klubu sözü gedən futbolçu üçün 10 milyon avro tələb edir.