"Sevilya"dan "Napoli"yə transfer olacaq

"Sevilya"nın belçikalı futbolçusu Dodi Lukebakiyo karyerasını "Napoli"də davam etdirəcək.

Sportline.az insayder Saşa Tavolierinin məlumatına istinadən xəbər verir ki, "Napoli"nin baş məşqçisi Antonio Konte 27 yaşlı futbolçunu komandasında görmək istəyir.

İspaniya klubu Lukebakiyo üçün 25 milyon avro tələb edir.

Qeyd edək ki, "Napoli" bu məbləği ödəməyə hazırdır.