“Sevilya”dan vacib üç xal
İspaniya La Liqasında 34-cü tura yekun vurulub.
Sportline.az xəbər verir ki, turun son matçında “Sevilya” “Real Sosyedad”ı qəbul edib. Liqada qalmaq uğrunda mübarizə aparan “Sevilya” tək qolla vacib 3 xal qazanıb.
“Sevilya” - “Real Sosyedad” - 1:0
Qol: Sançez, 50
Bu qələbə sayəsində xallarının sayını 37-ə çatdıran “Sevilya” turnir cədvəlində 17-ci pilləyə yüksəlib. “Real Sosyedad” isə 43 xalla 9-cu pillədə qərarlaşıb.