“Sevilya”dan Zirkze həmləsi
“Mançester Yunayted”in futbolçusu Coşua Zirkze karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Sevilya” 24 yaşlı hücumçunu transfer etmək niyyətindədir.
Bu haqda “Gol Digital” nəşri məlumat yayıb.
Zirkze Mançester klubundan ayrılmaq fikrində qətidir. Buna səbəb oyunçunun meydana az çıxmasıdır.
Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm 4 rəsmi matçda iştirak edib.