Şahin Diniyevin yeni köməkçisi bəlli oldu
“Kəpəz”in məşqçilər korpusunda yeni təyinat olub.
SportLine.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Gəncə klubunun U-19 komandasının baş məşqçisi olan Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək. O, Şahin Diniyevin köməkçisi olacaq. A kateqoriyasına malik Rzayev ilə bir illik müqavilə bağlanacaq.
Qeyd edək ki, V.Rzayev vaxtilə futbolçu, karyerasını başa vurduqdan sonra isə ayrı-ayrı illərdə “Kəpəz”in məşqçisi və baş məşqçisi olub.