Şahmatçılarımızdan məğlubiyyətsiz tur

Macarıstanın paytaxtı Budapeştdə şahmat üzrə "Yaz festivalı”nın üçüncü turunun oyunlarına yekun vurulub.

Sportline.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçıları festivalın üçüncü turunu məğlubiyyətsiz başa vurublar. Əvvəlki iki turda qalib gələn Nail Bəşirli üçüncü turda Hindistan təmsilçisi Kalyan Arcun ilə heç-heçə edib. Hazırda şahmatçımızın aktivində 2,5 xal var. Aktivində 1 qələbə və 1 heç-heçə olan Vüqar Əsədli malayziyalı Vonq Cianvenə qalib gələrək xalların sayını 2,5-ə çatdırıb. Bu turda Zaur Bayramov da qələbə qazanıb. İsveçrəli rəqibi Aditya Subramanianı məğlub edən şahmatçımız turnir cədvəlində xeyli irəliləyib. Şahmatçımız üç turun yekununda 1,5 xal toplayıb.

Yarışda 36 ölkədən 150-yə yaxın şahmatçı mübarizə aparır.