Şahmatçıların yeni reytinqi açıqlanıb

Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyul ayı üçün reytinq siyahısını açıqlayıb.

Sportline.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan qrossmeysterlərindən Şəhriyar Məmmədyarovun mövqeyi dəyişməyib. O, 2765 xalla 8-ci pillədə qərarlaşıb. 34 yaşlı şahmatçı norveçli dünya çempionu və lider Maqnus Karlsendən 107 xal geri qalır.

Bir pillə geriləyən Teymur Rəcəbov 2759 xalla 13-cü sıradadır. Hesabında 2681 xalı olan Arkadi Naydiç 4 mövqe itirib. O, 62-ci yerə düşüb. Qədir Hüseynov isə 2654 xalla "100-lüy"ü qapayır. O, 3 pillə geriləyib.

Ötən ay olduğumu kimi, qadınların "Top-100"də Azərbaycanın bir şahmatçısı yer alıb. Günay Məmmədzadə 2427 xalla 40-cı pillədə qalıb.