Şahmatçıların yeni reytinqi açıqlanıb

Beynəlxalq Şahmat Federasiyası (FİDE) oktyabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Sportline.az xəbər verir ki, qrossmeyster Şəhriyar Məmmədyarov 2767 xalla 7-ci pillədə qalıb.

Teymur Rəcəbov 15-ci (2758),  Qədir Hüseynov (2660) isə 86-cıdır. Arkadi Naydiç isə yenə "100-lük"dən kənarda qalıb.

Qadınlar arasında Günay Məmmədzadə 2427 xalla 38-ci, Gülnar Məmmədova 2369 xalla 97-ci, Xanım Balacayevə və Ülviyyə Fətəliyeva isə hərəyə 2368 xalla 98-99-cu pillələrdə qərarlaşıb.

Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2876) başçılıq edir. Fabiano Karuana  (ABŞ, 2812) ikinci, Liren Dinq (Çin, 2811) üçüncüdür.