“Şamaxı” “Karvan”a qalib gəlib
Azərbaycan Premyer Liqası təmsilçiləri “Şamaxı” və “Karvan” yoxlama oyununda üz-üzə gəliblər.
Sportline.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən matç ev birincilərin qələbəsi ilə başa çatıb - 2:0.
Abdulla Şuaybu və Bilal İsmayilov adlarını tabloya yazdıran futbolçular olub.