"Şamaxı"nın futbolçusu: "Neftçi" ilə matçda bərabərlik bizim üçün yaxşı nəticə idi"
"Neftçi" ilə matçda bərabərlik bizim üçün yaxşı nəticə idi".
Sportline.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın futbolçusu Brahim Konate deyib.
Malili futbolçu Azərbaycan Premyer Liqasının XIII turunun açılış oyununda qarşılaşdıqları "Neftçi" oyunu barədə danışıb:
"Qarşılaşmaya yaxşı başlamadıq. Start fitindən dərhal sonra 2 qol buraxdıq. Bununla belə, komandamız xarakter nümayiş etdirərək matçda geridönüş yarada bildi. Görüşə pis başladığımızı nəzərə alsaq, bərabərlik bizim üçün yaxşı nəticə idi".
Yarımmüdafiəçi vurduğu qolu şərh edib:
"Komanda yoldaşım Rüfət Abbasov çox yaxşı ötürmə etdi. Təbii ki, mən də topu özümdə çox yaxşı saxladım və qapıçını nəzarətdə saxlıyaraq, zərbə endirdim".