"Shamkir Chess 2019": Məmmədyarovla Rəcəbovdan heç-heçə
Mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində 7-ci turun görüşləri yekunlaşıb.
Sportline.az xəbər verir ki, son pillələrdə qərarlaşan Şəhriyar Məmmədyarov çinli Dinq Lirenlə görüşdən sülhlə ayrılıb.
Digər qrossmeysterimiz Teymur Rəcəbov isə bolqarıstanlı Veselin Topalovla xalları yarı bölüb - 0,5:0,5.
VII tur
7 aprel
David Navara (Çexiya) - Sergey Karyakin (Rusiya) – 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Aniş Giri (Hollandiya) – 1:0
Vişvanatan Anand (Hindistan) - Aleksandr Qrişuk (Rusiya) – 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Veselin Topalov (Bolqarıstan) – 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Dinq Liren (Çin) – 0,5:0,5
7 turdan sonra Maqnus Karlsen 5 xalla birinci, Sergey Karyakin 4,5 xalla ikinci yerdədir. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3.5 xalla 3-8-ci pillələrdə qərarlaşıb. Şahmatçımız Şəhriyar Məmmədyarov 2,5 xalla 9-cu, Aniş Giri isə 2 xalla sonuncudur. Turnir aprelin 9-da bitəcək.