"Şapekoense" faciəsinin günahkarları açıqlandı

Boliviyanın İctimai İşlər naziri Milton Klaros “Şapekoense” klubu üzvlərinin uğradığı qəzanın səbəblərini açıqlayıb. Sportline.az xəbər verir ki, məmurun sözlərinə görə aviaqəzanın günahkarları La Mia şirkəti və təyyarənin pilotudur. Xatırladaq ki, noyabrın 29-da göyərtəsində 81 nəfərin olduğu təyyarə Medelin aeroportu yaxınlığında qəzaya uğramışdı.