"Şaxtyor" 14-cü dəfə Ukrayna kubokunun sahibi oldu

Ukrayna kubokunda 2023/2024 mövsümü sona çatdı.

Sportline.az xəbər verir ki, final qarşılaşmasında "Vorlska Poltava"nı 2-1 hesabı ilə məğlub edən "Şaxtyor Donetsk" tarixində 14-cü dəfə kuboku başı üzərinə qaldırıb.

Qollar: Danilo Sikan 14', Yukim Konoplya 56'. Mikola Kovtalyuk 85'.

Qeyd edək ki, "Şaxtyor Donetsk" Ukrayna Premyer Liqasında sona iki tur qalmış çempionluğunu təmin edib.Onlar ötən həftə "Dinamo Kiyev" ilə derbidə bunu rəsmləşdiriblər.