Şəfəq Kərimova: "Gərgin mübarizə gedir"

"Kişi voleybolçuların Azərbaycan çempionatında gərgin mübarizə gedir".

Bunu Sportline.az saytına açıqlamasında Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Şəfəq Kərimova kişi voleybolçuların ölkə çempionatındakı vəziyyətlə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, artıq əsas mərhələ yekunlaşmaq üzrədir: "Əsas mərhələ bitdikdən sonra 1/4 final, pley-off və final mərhələsi olacaq. "Murov" hazırda liderdir. "Xarı bülbül" 2-cidir. "Neftçi" isə ilk üçlüyü tamamlayır. Komandalar əsas mərhələdən sonra pley-off mərhələsində qüvvələrini sınayacaqlar. Burada 2 qələbə qazanan komanda turu keçir. Komandalarımıza uğurlar arzu edirəm".