Şəhid media nümayəndələrinin xatirəsinə həsr edilən turnir keçirildi
Abşeron Olimpiya İdman Kompleksində uşu və muay-tay üzrə Bakı Şəhər Birinciliyi keçirilib.
Sportline.az xəbər verir ki, yeniyetmə və gənclər arasında keçirilən yarış şəhid media nümayəndələri Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr olunub. Yarışda 150-dən çox idmançı müxtəlif çəki kateqoriyalarında qalib adı uğrunda mübarizə aparıb.
Turnirdən sonra şəhidlərin ailə üzvləri və bir sıra dövlət xadimlərinin iştirakı ilə tədbir keçirilib. Azərbaycan Uşu Federasiyasinin prezidenti Azər Həsənsoy şəhidlərin xatirəsinin hər zaman uca tutulduğunu və onların daim qəlbimizdə yaşayacaqlarını vurğulayıb.
Xatırladaq ki, yarışdan sonra təşkil olunan tədbirdə media nümayəndələrinə təşəkkürnamə verilib.