Şəhriyar Məmmədyarov məğlub olsa da...
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Latviyanın paytaxtı Riqada keçirilən FIDE Qran-prisində çempionluq şansını ən azı bu günlük əldən verib.
Sportline.az xəbər verir ki, 34 yaşlı qrossmeyster final mərhələsinin ikinci turunda fransalı Maksim Vaşye-Laqrava məğlub olub - 0:1.
Məmmədyarov birinci görüşdə rəqibini məğlub edib və turnirdə çempion olmaq üçün ikinci dueldə ona heç-heçə də bəs edirdi. Riqadakı Qran-prinin qalibi üçüncü - həlledici görüşdən sonra bəlli olacaq. Bu duel isə iyulun 24-də baş tutacaq.
Qeyd edək ki, FIDE Qran-priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avrodur.