Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində (Missuri ştatı) keçirilən "Grand Chess Tour" seriya mərhələsinin 10-cu turunda amerikalı Fabiano Karuana ilə qarşılaşıb.
Sportline.az xəbər verir ki, çərşənbə günü baş tutan partiya zamanı tərəflər heç-heçəyə razılaşıb.
Digər partiyaların nəticələri:
Maqnus Karlsen (Norveç) — Uesli So (ABŞ) — 1-0;
Hikaru Nakamura (ABŞ) — Aniş Giri (Niderland) — 0,5-0,5;
Sergey Karyakin (Rusiya) — Vişvanatan Anand (Hindistan) — 0,5-0,5;
Maksim Vaşye-Laqrav (Fransa) —Yan Nepomnyaşi (Rusiya) — 1-0;
Levon Aronyan (Ermənistan) — Din Lijen (Çin) — 0,5-0,5;
Hazırda sona bir tur qalmış yarış cədvəlinə 6 xal toplamış Din Lijen başçılıq edir. Karyakin, Nepomnyaşi, Karlsen və Anand liderdən yarım xal (5,5) geri qalır. Məmmədyarov, Karuana, Vaşye-Laqravın 5, Giri, Nakamuranın 4,5, So və Aronyanın isə hərəyə 4 xalı var.
Məmmədyarov son turda lider Din Lijenlə qarşılaşacaq.