Şəhriyar Rəhimov: "Bu xalı qazanmaq bizim üçün çox vacib idi"

"Neftçi” ilə oyunda əldə etdiyimiz bir xal olsa da, bu xalı qazanmaq bizim üçün çox vacib idi. Çünki bu, bizə inamı qaytaracaq. Psixoloji cəhətdən özümüzə gəlmək, motivasiya qazanmaq üçün xal lazım idi”. Sportline.az xəbər verir ki, bu sözlər "Kəpəz”in kapitanı Şəhriyar Rəhimov klubun rəsmi saytına açıqlamasında deyib. O, heç-heçənin yaxşı nəticə olduğunu bildirib: "Əsas odur ki, uduzmadıq. Çempionata pis başlamışdıq. Ardıcıl iki matçda məğlub olmuşduq, ona görə bizim üçün çətin idi. Amma son oyun uşaqlara güc verdi, toparlanmağı bacardıq”.